15 İyul, 2011
"Sahil" bağında avtomatlı adam

Onu tutublar

Bakıda “Sahil” bağında silahlı şəxs zərərsizləşdirilib.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də “Sahil” bağında Bakı şəhər sakini Kafi Ceyhun Teymur oğlundan 1 ədəd “AKM” markalı avtomat silahı və 1 ədəd güllə darağı götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!