15 İyul, 2011
Biznesmeni ortağı öldürüb?

Haylü-küylü qətillə bağlı saxlanılan var

Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsində mərhum Əflatun Piriyevin biznes ortağı Hümbət Məmmədovun əli var. Həmin iş adamının Ə. Piriyevə külli miqdarda pul borcu olub. Onun borcunu ödəyə bilmədiyi üçün bu addımı atdığı ühtimal etdirilir. H. Məmmədov artıq saxlanılıb, hazırda onun ifadəsi alınır.

Hadisəni törədən killer isə Azərbaycandan Gürcüstana qaçıb. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, naməlum şəxslər iyulun 11-də “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!