15 İyul, 2011
Keçmiş rəis nəşə satırmış?

Qaxda əməliyyat keçirilib

Azərbaycanın Qax rayonunda narkotik vasitə satan şəxs həbs edilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 1951-ci il təvəllüdlü Cəlilov Tofiq Həsən oğlu şərti alıcıya narkotik vasitəni satarkən saxlanılıb. Tofiq Cəlilovdan 0,684 qram ağır narkotik vasitə hesab edilən heroin götürülərək maddi sübut kimi istintaqa təhvil edilib. Tofiq Cəlilovun vaxtilə “Azərittifaq”ın Qax rayon şöbəsinin sədri vəzifəsində çalışdığı, hazırda alverlə məşğul olduğu bildirilib.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!