15 İyul, 2011
Diplomatik Akademiya enerji məsələlərini çözəcək

Bu barədə Hafiz Paşayev məlumat verib

“Azərbaycan Diplomatik Akademiyasının (ADA) nəzdində enerji məsələləri ilə məşğul olan tədqiqat mərkəzi yaradılacaq”. Bunu jurnalistlərə Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirib.

Simsar.az xəbər verir ki, Hafiz Paşayev ARDNŞ ilə birgə yaradılacaq mərkəzdə müxtəlif tədqiqatların aparılacağını bildirib: “Azərbaycan dövlətinin enerji siyasətinin aparılması və genişləndirilməsində bu tədqiqatların rolu əhəmiyyətli ola bilər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!