15 İyul, 2011
Prokurorluqda yeni təyinatlar

Prokurorun yerləri dəyişdirildi

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Nazim İmanov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Azər Hətəmov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru Tariyel Qurbanov tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Binəqədi, Tərtər və Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!