15 İyul, 2011
MƏCBURİ KÖÇKÜNLƏRİN MƏSKUNLAŞDIĞI BİNA YANDI

Xəsarət alan yoxdur

Bu gün Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə 17:00 radələrində Tbilisi prospektində qeydə alınıb. 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılaraq söndürülüb.

Hadisə zamanı ölən və xəsarət alan olmasa da 20 kvadratmetrlik ərazi tam yanaraq yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbi ərazidə aparılan təhqiqatdan sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!