14 İyul, 2011
ZƏRDABDA BAYRAQ MEYDANININ AÇILIŞI KEÇİRİLİB

Zərdab rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının açılış mərasimi keçirilib

Mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəis müavini Abdulla Qurbani, Müharibə əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, millət vəkili Jalə Əliyeva da iştirak edib. Çıxış edənlər yeni mənzil alanları təbrik edib, mənzillərin orderləri sahiblərinə təqdim olunub.

Zərdab şəhərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 42-ci ildönümü münasibəti ilə Bayraq Meydanının da açılışı keçirilib. Bayraq dirəyinin hündürlüyünün 42 metr olduğu bildirilib.

Bu gün, həmçinin Zərdabın giriş qapısının açılışı olub. Türkiyədə hazırlanan elektron tipli, simvolik giriş qapısının üzərində 1 milyondan çox kiçik lampa quraşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!