14 İyul, 2011
“Azərsu” Açıq Səhmdar işçi axtarır

  Müsabiqə yolu ilə işə qəbulunu elan edir  

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması, habelə kadr potensialının gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Səhmdar Cəmiyyət texnoloji proseslərin idarə edilməsi üzrə avtomatika və metrologiya ixtisaslı mütəxəssislərin müsabiqə yolu ilə işə qəbulunu elan edir. 

Maraqlananlar şəxsi məlumatlarını (CV) hr.bsi@azersu.az elektron ünvanına göndərə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!