14 İyul, 2011
Daha 4 mitinqçinin işi məhkəmədə

Onlar cəmi 14 nəfərdi

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar daha 4 nəfərin barəsində cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev Trend-ə bildirib ki, təqsirləndirilənlər Ülvi Quliyev, Əhəd Məmmədov, Elnur Məcidli və Rüfət Hacıbəylinin barələrindəki cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Rzayev bildirib ki, Quliyev və Məmmədov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri, Məcidli və Hacıbəyli isə yalnız 233-cü maddə ilə ittiham olunur.

Aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi Səbail rayon məhkəməsinin icraatındadır.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işi üzrə məhkəmə baxışı iyulun 19-da başlayacaq.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!