14 İyul, 2011
Gənc muğam ifaçısı Arzu Əliyevadan yeni disk

“Azərbaycan gözəldir” 

Gənc muğam ifaçısı Arzu Əliyevanın “Azərbaycan gözəldir” adlı yeni diski işıq üzü görüb. Bu barədə Simsar.az saytına məlumat verən xanəndə bildirib ki, diskdə daha çox milli üsluba üstünlük verilib.

Diskin hazırlanma mərhələsi bir ay davam edib. Albomdakı mahnılar isə Arzu Əliyevanın səhnəyə çıxandan bu günə kimi yazdığı mahnılar arasından seçmələrdir: “Diskin hazırlığı bir ay davam edib. Qısa zaman kəsiyində hazırlasaq da, fikrimcə, çox uğurlu bir iş alınıb. Diskdə yer alan fotoların müəllifi Raj Stevandır. Disk “Səbuhi” studiyasında buraxılıb”.

“Azərbaycan gözəldir” adlı diskdə “Gülür əllər”, “Söylə”, “Buludlar”, “Yar incidi”, “Yandırdın qəlbimi”, “O günlərə qayıdıram”, “Mənim əzizlərim”, “Yağma yağış”, “Vətən yaxşıdır” və iki duet yer alıb. Arzu Əliyevanın duet ortaqları Mirsaleht Əliyev və İlkin Əhmədovdur.

Muğam ifaçısı qeyd edib ki, bu ilin oktyabrında Amerikaya səfər gözlənilir. Bu səfər əsasında isə A.Əlieyvanın bu ölkədə konsertləri təşkil olunacaq.


Sevinc

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!