14 İyul, 2011
BAKIDA NÖVBƏTİ SİLAHLI BASQIN

"Binə" ticarət mərkəzində adam öldürdülər

Bakıda daha bir silahlı basqın olub. Bu barədə APA-ya Qaradağ Rayon Polis İdarəsindən bildirilib.

Hadisə Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində qeydə alınıb. Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək oranın işçisi Rafiq adlı şəxsi güllələyiblər. Sonra isə basqınçılar məntəqədən pulu götürərək hadisə yerindən qaçıblar.

Silahlı basqıya məruz qalan şəxs isə dünyasını dəyişib.

Hazırda hadisə yerində Bakı Şəhər Baş Polis İdarəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bakıda iyulun 11-də də bu tipli hadisə baş verib. Nərimanov rayonu Teymur Əliyev kьзəsində yerləєən hьndьrmərtəbəli binanın 12-ci mərtəbəsində yerləєən ofisə silahlı basqın olub. Hadisə nəticəsində 1 nəfər цlьb, 1 nəfər isə yaralanıb.

Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaєları, Bakı Єəhər Baє prokurorluğunun nьmayəndələri hadisə yerində araєdırma aparırılar.

Cinayətdə şübhəli bilinən fotorobotu hazırlanıb və o axtarılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!