13 İyul, 2011
ANS-OKSANA QARŞIDURMASI

Rəqqasə kanalın onun şəxsi həyatına qarışdığını iddia edir

Simsar.az-ın məlumatına görə bu barədə rəqqasə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, anspress.az saytı və ANS telekanalı bir neçə gün əvvəl onun şəxsi həyatı ilə bağlı məlumatlar yayıb. Lakin o həmin məlumatın birtərəfli hazırlandığını əsas gətirərək məhkəməyə edəcəyi müraciətdə həmin məlumatların müəllifinin məsuliyyətə cəlb olunmasını istəyəcək. 

Rəqqasə bildirib ki, ANS telekanalının “Xəbərçi” verilişində onunla bağlı süjet hazırlanıb və orada Elşad Xosenin narkotik vasitə istifadəçisi olduğu bildirilib. Həmçinin Oksananın da Elşadla birgə narkotikdən istifadə etdiyi də qeyd edilib.

Mətbuat konfransında iştirak edən Elşad Xose isə ANS rəhbərliyinə qarşı təhqiredici ifadələr işlədib.

Xatırladaq ki, reper Elşad Xose ilə evlənmə ərəfəsində anspress Oksananın keçmiş həyat yoldaşından müsahibə yayıb. Həmin müsahibədə rəqqasənin keçmiş əri Haqay Yemmuyeviç Avenilov Oksananın onun qanuni arvadı olduğunu, boşanmadıqlarını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!