13 İyul, 2011
Bələdiyyələr haram işlə məşğuldu?

Onların qəbir satmasına Allahşükür paşazadə münasibət göstərdi

“Qəbir yerlərinin satılması haramdır. Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib. QMİ sədri deyib ki, pul verib qəbir yeri almaq özü də haram sayılır: “Həm də qəbir almaq üçün pul vermək, rüşvət vermək deməkdir”.


A.Paşazadə məscidlərdə ölü yuyulması barədə qiymətlərin müəyyənləşdirilməsinə, bunun elan şəklində verilməsi barədə suallara da cavab verib. Onun sözlərinə görə, QMİ məscidlərdə ölü yuyulması ilə məşğul olanlara hər ay 500 manat pul verir: “Hər bir şəxs öz ölüsünü özü yumalıdır. Ölüyə qüsul verilməsi vacibdir. Hər bir şəxs bunu öz ölüsü üçün özü etməlidir. Biz məscidlərdə bunun üçün şərait yaratmışıq. Amma insanlar bunu etmir, ölülərini kiməsə yudurdurlar. Buna görə də haqq ödənilir. Kiməsə “mənim atamın ölüsünü yu” deyirsənsə, əlbəttə ki, ona haqq verməlisən. Amma hər bir şəxs öz ölüsünü özü yusa, daha yaxşı olar”.

Məlum olduğu kimi, qəbir yerlərini bələdiyyələrin vasitəsi ilə almaq mümkündür. Müxtəlif bölgələrdə belə yerləri müxtəlif qiymətlərə ölü yeyələrinə satırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!