13 İyul, 2011
Allahşükür Paşazadə hirsləndi

Şeyx Ramil Usubova müraciət etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə daxili işlər naziri Ramil Usubova müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə A. Paşazadə özü məlumat verib. O, müraciətini “Əjdərbəy” məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı olduğunu bildirib: “Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!