13 İyul, 2011
ŞEYX ERMƏNİSTANA GEDƏCƏYİ XƏBƏRİ TƏKZİB ETDİ

"Konkret söz deyə bilmərəm"

“İrəvana səfərlə bağlı konkret fikrə gəlməmişəm”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib: “Bununla bağlı konkret fikrə gəlmədiyimə görə, səfər barədə indidən konkret söz deyə bilmərəm”.

Rusiya patriarxı Kirill ilə görüşünün nəzərdə tutulduğunu deyən A. Paşazadə bundan sonra Ermənistana gedib-getməmək barədə qərar verəcəyini açıqlayıb.

Qeyd edək ki, bu il noyabrın 28-30-da Ermənistanda MDB ölkələri Konfessiyalararası Şuranın iclasının keçirilməsi nəzərdə tutulur. Allahşükür Paşazadənin həmin toplantıda iştirakı gözlənilir. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan dini liderlərinin görüşü də istisna olunmur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!