13 İyul, 2011
QUSAR SEL ALTINDA

Ərazidə xilasetmə işləri aparılır

Qusar rayonunda təxminən iyirmi dəqiqə davam edən güclü leysan fəsadlar törədib. Həyətlərin həyətlərin və evlərin zirzəmisinə su dolub.

Əraziyə rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri gəlib, Fövqəladə Hallar Nazirliyinin Xaçmazda yerləşən Şimal Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasedici qrupu fəsadların aradan qaldırılmasına cəlb edilib.

 Simsar.az saytı Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi, Tikinti və Memarlıq söbəsinin müdiri Şahabbas Saruxanovun ANS PRESS-ə verdiyi məlumatı yayır. Məlumata görə, rayonun Əzizbəyov, Mirzəvəliyev, Tağıyev, Lezginsev küçələrində həyətlərdən və evlərin zirzəmisindən suyun nasoslarla çəkilməsinə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da qoşulub. 

Güclü sel Qusar şəhərini çayın sağ sahili ilə birləşdirən körpünün sol yamac hissəsini də aparıb, körpunun beton keçid hissəsini sıradan çıxarıb.

Rayona dəyən ziyan araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!