12 İyul, 2011
MİLLİ PARKDA KONSERT OLACAQ

Bakı şəhər İcra Hakimiyyəti şəhər sakinləri üçün bayram konserti təşkil edir

İcra Hakimiyyətindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin ildönümü münasibətilə iyulun 14-də saat 21:00-da Milli Parkda konsert olacaq.

İcra Hakimiyyəti paytaxt sakinlərini Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və atəşfəşanlığa dəvət edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!