12 İyul, 2011
Üç nəfər boğulmaqdan qurtuldu

Onları FHN-nin əməkdaşları xilas edib

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri iyulun 11-də Xəzər dənizinin müxtəlif sahillərində boğulma təhlükəsi keçirən 3 nəfəri xilas edib.

Simsar.az-ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, Xəzər rayonunda dənizin nəzarət olunan hissəsində, Abşeron rayonu, Novxanı kəndində və Qaradağ rayonunda dənizin nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş şəxslər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Abşeron rayonu, Fatmayı kəndində dənizin nəzarət olunmayan hissəsində batdığı ehtimal olunan 1 nəfərin isə axtarışlarına başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!