12 İyul, 2011
TƏLƏBƏ YATAQXANALARI SÖKÜLƏCƏK

Hökümət qaçqınların köçürülməsini gözləyir

Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər yaxın vaxtlarda köçürüləcək.

APA-nın məlumatına görə, bu haqda BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu istiqamətdə mühüm addımlar atılıb: “Bu məsələ çox intensiv şəkildə aparılır. Yaxın günlərdə nəticə əldə olunacaq, köçürülməyə başlanacaq”.

A. Məhərrəmov bildirib ki, hazırda universitet şəhərciyində mövcud olan yataqxanalar söküləcək, yerlərində yeniləri tikiləcək: “Çünki həmin yataqxanaların artıq istifadə müddəti başa çatıb. Yataqxanasız universitet olmaz. Yəqin ki, bütün bu işlər universitetin 100 illiyik yubileyinədək tam başa çatdırılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!