12 İyul, 2011
Abel Məhərrəmov mükafatı aldı

Ona xüsusi "rəğbət" bəsləyirlər

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik, Millət vəkili Abel Məhərrəmova medianın “Xüsusi rəğbət” mükafatı təqdim olunub.

Simsar.az-ın verdiyi məlumata görə, Abel Məhərrəmovun bu mükafata namizədliyi milli mətbuatımızın 136-cı ildönümü ərəfəsində “modern.az” saytı və Sosial İnformasiya Agentliyi, parlamentdə akkreditasiya olunmuş müxbirlər və sosial mövzularda yazan jurnalistlər arasında aparılmış sorğular nəticəsində müəyyənləşdirilib və digər namizədlərlə birlikdə Münsiflər Heyətinə təqdim olunub. 


Münsiflər Heyəti Azərbaycanda elm və təhsilin inkişafı, təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası, beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi sahəsindəki xidmətlərinə, rektor kimi tələbələrə göstərdiyi qayğıya, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, parlamentdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən xüsusi fəallıq göstərdiyinə və KİV-lə effektiv əlaqələrinə görə Abel Məhərrəmovu bu mükafata layiq görüb.

Bu gün “Park-İnn” otelində keçirilən tədbirdə mükafatını İctimai Televiziya və Radio Yayımı Şurasının sədri Cahangir Məmmədli Abel Məhərrəmova “Xüsusi rəğbət” mükafatını təqdim edib. O, Abel Məhərrəmovun əsl vətəndaş kimi Azərbaycanın inkişafı uğrunda çalışdığını vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!