11 İyul, 2011
Azərbaycan ordusu silahlanmanı davam etdirir

Türkiyədən yeni silah sistemləri alınıb

APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Bakının Türkiyədən neçə ədəd və hansı şirkətdən silah alması barədə rəqəm göstərilməsə də, həmin silahların Azərbaycana iyun ayının sonlarında göndərildiyi qeyd olunub. Türkiyədən alınmış silahlar 26 iyunda Bakıda keçirilmiş hərbi paradda keçid edən Azərbaycan istehsalı olan zirehli transportyorların üzərinə qurulub. 

Qeyd edək ki, paradda keçid edən Azərbaycan istehsalı olan «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri yerli istehsal olan pulemyotlar, bəziləri isə ASELSAN şirkətinin istehsalı olan STAMP (Stabilləşdirilmiş Makinalı Tüfəng (pulemyot)) sistemləri ilə silahlandırılmış vəziyyətdə olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!