11 İyul, 2011
Baş redaktor tutuldu

“Azərbaycan Gündəmi” qəzetinin baş redaktoru rüşvət alarkən yaxalandı

Bakıda baş redaktor rüşvət alarkən yaxalanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində “Azərbaycan Gündəmi” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədov 1000 manat rüşvət alarkən yaxalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!