11 İyul, 2011
Azərbaycanda ev tikməyə torpaq qalmayıb?

Vətəndaєlara məxsus olan torpaqların böyük hissəsi bələdiyyələr tərəfindən paylanıb

Bu barədə «MBA Qrup» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, əllərdə olan torpaqların azı 60%-ni bələdiyyələr paylayıb. Bələdiyyələr tərəfindən torpaqların verilməsi 1999-2007-ci illəri əhatə edir. Bu sahədə aparılan araşdırmalar deməyə əsas verir ki, ölkə vətəndaşlarının əksəriyyəti torpaqları məhz onlardan, yəni bələdiyyələrdən alıb. 

Torpaq sahələrinin 25%-ni isə əhaliyə şəhər və rayon icra hakimiyyəti orqanları paylayıb.

Qeyd edək ki, bələdiyyələr yarandıqdan sonra, yəni 1999-cu ildən etibarən bu icra hakimiyyəti orqanları torpaq paylama funksiyalarını formal olaraq itirsə də, faktiki olaraq son vaxtlara qədər torpaqların paylanması onların təsdiqi sayəsində mümkün olub. Qalan torpaq sahələrinin 13-15%-ni pay torpaqları və istifadədə olan dövlət torpaqları təşkil edir.

Torpaqların digər hissəsi özəlləşdirilən dövlət obyektləri və müəssisələrin yerləşdiyi sahələrdir. Ekspertin sözlərinə görə, bu da torpaq sahələrinin cəmi 1-2%-ni təşkil edir. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) internet saytında yerləşdirilmiş məlumata əsasən, belə torpaq sahələri Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsinin II Dövlət Proqramına əsasən həyata keçirilir. Bu zaman onların qiymətləndirilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş normativlər əsasında həyata keçirilir.

Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, torpaqlara maraq bundan sonra da aktual olaraq qalacaq. Gələcəkdə torpaqların həm biznes, həm də şəxsi (tikinti) məqsədlərlə istifadəsinin artması gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!