11 İyul, 2011
RAYONLARA LEYSAN YAĞACAQ, DOLU DÜŞƏCƏK

Həftənin ilk günlərində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısında 10-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-33° isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti olacaq. 

İyulun 12-də havanın arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi 8-13 m/s, arabir 15-17 m/s çatacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

İyulun 12-13-də də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır . Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!