11 İyul, 2011
I ixtisas qrup üzrə imtahanın düzgün cavabları açıqlandı

Azərbaycan və rus bölməsi üzrə bütün variantların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycan və rus bölməsi üzrə bütün variantların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. 

Qeyd edək ki, I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!