10 İyul, 2011
YAPONİYADA ZƏLZƏLƏ OLUB

"Fukusima-1" AES-in işçiləri evakuasiya olunub

Yaponiyada bu gün növbəti güclü zəlzələ baş verib. Rixter cədvəli ilə 7,1 bal gücündə zəlzələnin episentri Hönsü adasının şərq sahilində, Senday şəhərindən 212 kilometr məsafədə qeydə alınıb. Dağıntılar və insan itkisi barədə məlumat verilmir.

Yaponiyanın meteoroloji xidməti ölkənin Sakit okean sahillərində, daha dəqiq desək, İvate, Miyaqi və Fukusima prefekturalarında hündürlüyü yarım metrə çatan sunami təhlükəsi barədə xəbərdarlıq edib, lakin bir qədər sonra xəbərlarlıq götürülüb.

Ölkədə atom-elektrik stansiyaları üçün təhlükənin olmadığı bildirilir. Martın 11-də zəlzələ və sunamidən zərər çəkmiş "Fukusima-1" atom-elektrik stansiyasının işçiləri isə evakuasiya olunub.

Xatırladaq ki, "Fukusima-1" atom-elektrik stansiyasında mart sunamisinin nəticələrini hələ də aradan qaldırmaq mümkün olmur. 15500 adam təbii fəlakət qurbanı olub, 7200 nəfər itkin hesab edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!