9 İyul, 2011
Türkmənistanda ölənlərin sayı durmadan artır

Onların sayı 200 nəfərə çatıb

Simsar.az-ın “Xronika Turkmeniya” agentliyinə istinadən verdiyi məlumata görə, həyatını itirənlərin 100-ə qədəri hərbçi, qalanları isə mülki şəxsdir. 


Paytaxt Aşqabaddan 20 kilometr uzaqlıqda yerləşən Abadan şəhərində mobil əlaqə dayanıb, şəhər telefonları işləmir, internet bağlanıb.


Qeyd edək ki, iyulun 7-də axşam saatlarında Türkmənistanın Abadan şəhərində hərbi sursat anbarında partlayış baş verib. Gecə saatlarında prezident Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə hökumətin iclası keçirilib, vəziyyət müzakirə olunub. Türkmənistan Xarici İşlər Nazirliyi ölənlərin olmadığını bəyan edib. Ancaq hüquq-müdafiəçiləri və müstəqil KİV-lər hadisə baş verən andan çoxlu sayda ölən və yaralanan olduğunu bildirirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!