9 İyul, 2011
Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. İyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!