9 İyul, 2011
KÜR ÜZƏRİNDƏ UÇAN KÖRPÜ TƏMİR OLUNUB

Avtomobillərin hərəkəti bərpa edilib

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərində uçan körpü təmir olunub. Bu barədə 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib.

Onun dediyinə görə, bu gün saat 16:00 radələrində körpü üzərində avtomobillərin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bu gün səhər Kür çayı üzərindəki körpünün üstündəki eninə iki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadrat metr hissənin bərpası üçün yeni beton plitələr gətirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!