9 İyul, 2011
ENERJİ TƏLƏBATINI NATİV MƏNBƏLƏRLƏ TƏMİN EDƏCƏYİK

Hüseyn Bağırov: “Qısa zamanda ölkədə ənənəvi enerji ilə rəqabət apara biləcək güclü, böyük nativ enerji sektoru yaradılacaq”

Azərbaycan gələcəkdə özünün elektrik enerjisi təminatı və istehlakını nativ enerji mənbələri hesabına tam təmin edə biləcək. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, nativ enerji istehsalı investisiya baxımından kapital tutumlu sahədir.

Baxmayaraq ki, naitv enerjinin əsas keyfiyyətləri günəş və külək enerjisidir, nazir deyir ki, bunların texnologiyaları bahadır və onları xaricdən gətirmək lazımdır: “Nəzər alsaq ki, Azərbaycanda külək enerjisi ilə bağlı ehtiyat var. İstifadə olunsa bir milyon ton ənənəvi enerjiyə imkan verir”.

H. Bağərov deyir ki, təkcə küləklə bağlı ölkə prezidentinin starrtegiyası ondan ibarətdir ki, bu bir milyon enerjini daxildə istifadə etməyək: “Yəni azaldıb külək enerjisi ilə əvəz edək. Bu dəqiqə külək enejisindən əldə olunun enerjinin qiyməti ənənəvi enerjidən daha yüksəkdir və bunu xaricə satsaq, özümüz isə keyfiyyətli nativ enerjidən istifadə edək. Bu strategiya əsasında əminəm ki, qısa zamanda Azərbaycanda ənənəvi enerji ilə rəqabət apara biləcək güclü, böyük nativ enerji sektoru yaradılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!