8 İyul, 2011
PROKURORLUQ ORQANLARINDA KADR DƏYİŞİKLİKLƏRİ OLUB

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kamran Əhmədov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Ariz Əliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Azər Osmanov və Şəmkir rayon prokurorunun müavini Şıxəli Alməmmədov tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Ağdam, Kəlbəcər, Zəngilan və Xocalı rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!