8 İyul, 2011
Türkmənistandakı faciə böyüyür

Ölənləri sayı 100-ə çatıb

Simsar.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Nyus-Eyşa” portalı məlumat yayıb. 

Hazırda anbarda raket və “Qrad” kompleksinin mərmiləri partlamaqda davam edir. Abadan şəhəri alova bürünüb, şəhərə mərmilər düşür. Yüzlərlə ev dağılıb. Şəhərdə məktəblərdən biri tamamilə yanıb, bir uşaq bağçası isə yerlə-yeksan olub. Hərbçilər qurbanların cəsədlərini toplayırlar. Ölənlər əsasən hərbi bazada qulluq edən əsgər və zabitlərdir.

Paytaxt Aşqabaddan 20 kilometr uzaqlıqda yerləşən Abadan şəhərində mobil əlaqə dayanıb, şəhər telefonları işləmir, internet bağlanıb. Sakinlər sürətlə evakuasiya edilirlər.

Qeyd edək ki, iyulun 7-də axşam saatlarında Türkmənistanın Abadan şəhərində hərbi sursat anbarında partlayış baş verib. Gecə saatlarında prezident Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə hökumətin iclası keçirilib, vəziyyət müzakirə olunub. Türkmənistan Xarici İşlər Nazirliyi ölənlərin olmadığını bəyan edib


Ancaq hələ səhər saatlarında “Xronika Turkmeniya” saytı çoxlu sayda ölən və yaralananın olduğu, şəhərə çoxsaylı partlamamış mərminin düşdüyünü yazıb. Türkmənistanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları da çoxlu sayda ölən və yaralananın olduğunu, təcili yardım maşınları ilə hələ də yaralıların daşındığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!