8 İyul, 2011
AVROPA İTTİFAQININ RƏSMİSİ: "QARABAĞ AZƏRBAYCANINDIR"

Jerom Pons: "Biz Dağlıq Qarabağı ayrıca region kimi müzakirə etmirik”

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons Avropa Parlamentinin plenar sessiyasında Dağlıq Qarabağla bağlı bu günlərdə keçirilmiş müzakirələri APA-a şərh edərkən deyib ki, Avropa İttifaqı  Dağlıq Qarabağı ayrıca region kimi müzakirə etmir: ” Sessiya çərçivəsində bu məsələyə dair fəal müzakirə aparılıb və bu müzakirə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən müsbət qiymətləndirilib. Avropa Birliyi həlli uzanan münaqişələrin həllində maraqlıdır".

J. Pons K. Eştonun bu ilin sonuna qədər Azərbaycana səfər etmək niyyətində olduğunu da söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!