8 İyul, 2011
GƏNCLƏR PROQRAMI QÜVVƏYƏ MİNDİ

Prezident sənədi imzaladı

İyulun 7-də prezident İlham Əliyev «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Proqram 6 maddədən ibarətdir. İlk 5 maddə bu proqramın zərurətini, məqsəd və vəzifələrini açıqlayır.

6-cı maddə isə Tədbirlər Planına həsr edilib. Bura gənclərlə bağlı hüquqi bazanın yaradılması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, intellektual və yaradıcılıq potensialının inkişafı, gənclərin sahibkarlıq fəaliyyəti və məşğulluğu, vətəndaş cəmiyyəti və idarəetmədə gənclərin iştirakı, sağlamlıq, sosial müdafiə və beynəlxalq sahədə əməkdaşlıq məsələləri daxil edilib.

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Lakin Azərbaycan qanunvericiliyinə zidd olmayan digər mənbələr də bura cəlb edilə bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!