8 İyul, 2011
Bu il meyvə qıtlığı olacaq

Kimyəvi dərman preparatları keyfiyyətinin aşağı olması xəstəliklərlə mübarizəyə imkan vermir

Bu mövsüm Quba-Xaçmaz bağlarında məhsuldarlıq aşağı olacaq. Buna səbəb şimal bölgəsində meyvə bağlarına qənim kəsilən xəstəlik və zərərvericilərdir.

Simsar.az saytının bölgə müxbiri xəbər verir ki, şimal bölgəsində hazırda 33 min 406 hektar meyvə bağı var. Bunun əsas hissəsini alma bağları təşkil edir. Bağbanlar deyir ki, bu mövsüm almanın məhsuldarlığı və kefiyyəti arzuolunan səviyyədə deyil. Bele ki, son vaxtlar bağlarda pars və dəmgil xəstəlikyi, həmçinin bir sıra zərərvericilər geniş yayılıb. Lakin bağbanlar xəstəlik və zərərvericilərə qarşı profolaktiki tədbirlərin nəticə vermədiyini deyirlər. Səbəb kimyəvi dərmanların kefiyyətinin aşağı olmasıdır.

Kimyəvi dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər isə problemi başqa səbəblə əlaqələndirirlər. Ema şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev hesab edir ki, xəstəliklərin yayılması aqrotexniki qulluğun düzgün aparılmamasındadır.

Kənd təsərrüfatı sahəsində çalışan yerli mütəxəssislər isə xəstəlik və zərərvericilərin artmasını bağbanların maarifsizliyində görürlər. Onlar bildirirlər ki, hər bir halda fermerlər mütəxxəsislərdən məsləhət almalıdır.

Meyvələrdə müşahidə olunan xəstəliyə baxmayaraq, mütəxəssis onların qida üçün yararlı olduğunu deyir. Bu xəstəlik meyvələrin yalnız xarici görünüşünə təsir göstərir.

Emin Kərimov- Quba


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!