8 İyul, 2011
BU İL ŞİMAL BÖLGƏSİNDƏ TAXIL BOL OLACAQ

Fermerlərin problemləri də var

Cari ildə Şimal bölgəsində ümumilikdə 91212 hektar ərazidə taxıl əkilib ki, bu da ötən illə müqayisədə 8892 hektar çoxdur. Bu barədə Simsar.az saytının bölgə müxbirinə Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Firuz Hüseynov məlumat verib. 
Artıq Siyəzən, Xızı və Şabranda taxıl biçininə başlanıldığını deyən idarə rəsmisi bildirib ki,bu il məhsuldarlığın bol olacağı proqnozlaşdırılır. Bu həmçinin un və un məmulatlarının qiymətinin qalxmasının qarşısını alacaq.


Taxılın bol olacağını yerli fermerlərdə təsdiqləyir. Onlar bunu hava şəraitinin əlverişli keçməsi ilə əlaqələndirirlər.Məhsuldarlığın bol olmasına baxmayaraq, fermerlerin qayğıları da az deyil. Dövlət tərəfindən ayrılan yanacaq pulunun vaxtında verilməməsi və texnika çatışmamazlığı onların əsas problemlərindəndir.


Emin Kərimov- Quba


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!