8 İyul, 2011
ŞİRVANDA KÖRPÜ UÇDU

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpü uçub.

Bu barədə 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki eninə iki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadrat metr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini hərəkətin bu gün saat 17.00-a qədər bərpa olunacağını bildirib.(apa)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!