8 İyul, 2011
LEYLA ƏLİYEVA BORÇALIDA 40 XALÇA TOXUTDURUB

Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin rəhbəri Röya Tağıyeva deyib. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gürcüstanın Borçalı mahalında öz vəsaiti hesabına 40 xalça toxutdurub. Bunu APA-ya açıqlamasında Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin rəhbəri Röya Tağıyeva deyib. 

Muzey direktoru qeyd edib ki, onun bu günlərdə Leyla Əliyeva ilə görüşü baş tutub və bu görüşdə toxunulan xalçaların dünyada satılması məsələsi müzakirə edilib: “Leyla xanımın öz vəsaiti hesabına Borçalıda toxutdurduğu xalçalar Qazax xalça məktəbinə aiddir. Bununla əlaqədar Gürcüstanda olan Azərbaycan xalçaçıları ilə müqavilə bağlanıb və o xalçaların satış sərgisi təşkil olunacaq. Elə Leyla xanımla görüşdə də bu xalçaların dünyada satılması məsələsini müzakirə etdik. Bu xalçaların Qarabağ Fondunun təşəbbüsü ilə Amerikada da satışı təşkil ediləcək. Layihə öz yerini aldıqdan sonra sözsüz ki, davam etdiriləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!