8 İyul, 2011
AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

Yeraltı təkanlar episentrə yaxın yaşayış məntəqələrində hiss edilib

Azərbaycanda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar iyulun 8-də saat 03.19-da Şəki şəhərindən 15 km şimali-şərqdə qeydə alınıb.

Episentrdə zəlzələnin gücü 3.5 bal olub. Yeraltı təkanlar episentrə yaxın yaşayış məntəqələrində 2.5 bal gücündə hiss edilib. Tikililərdə dağıntı və insan itkisi yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!