7 İyul, 2011
POLİS MAYORU HƏBS OLUNDU

Azərbaycan paytaxtında polis əməkdaşı həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) saytının verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Dursun Əliyev 2 qram narkotik maddəni vətəndaşa verərkən saxlanılıb. Onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhlükəsizlik idarələrinin əməkdaşları tərəfindən tutulduğu bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!