7 İyul, 2011
HOLLANDİYADA STADİON ÇÖKDÜ: 5 ÖLÜ

Dağıntılar altında xeyli adamın qaldığı bildirilir

Bu gün Hollandiyanın Ensxed şəhərində “Tvente” klubunun “Qrols Veste” stadionunun damının bir hissəsi çökərək insanların üzərinə tökülüb.İnsanlar dağıntılar altında qalıblar. 

Bina yenidənqurma işləri üçün bağlanıbmış. İnsident baş verən an meydançada çoxlu sayda fəhlə olub. Hazırda ən azı 5 nəfərin öldüyü məlumdur. Olay yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xilasetmə işləri aparılır.

“Qrols Veste” stadionunda ilk matç 1998-ci il mayın 10-da keçirilib. Stadion 24 min tamaşaçı tutumuna malikdir. Yenidənqurmadan sonra bu sayı 40 minə çatdırmaq nəzərdə tutulurmuş.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!