7 İyul, 2011
“Student Times” - ölkə mətbuat tarixində ilk tələbə qəzeti

BDU Jurnalistika fakültəsinin “Gənc Reportyorlar Klubu”nun təşəbbüsü ilə ölkə mətbuat tarixində ilk dəfə tələbələrin rəhbərliyi və iştirakı ilə ilk tələbə qəzeti “Student Times” nəşrə başlayıb. 

Artıq qəzetin ilk sayı satışdadır. Qəzetin şef-redaktoru, BDU jurnalistika fakültəsinin IV kurs tələbəsi, “Gənc Reportyorlar Klubu”nun rəhbəri Məmməd Ağayev Simsar.az saytına açıqlamasında qəzetin yaradılmasını zamanın tələbindən irəli gəldiyini bildirib: “ Bir klub olaraq biz təhsil aldığılmız fakültənin istedadlı tələbələrini birləşdirmişdik. Yaratdığımız “Student Times “ qəzeti bütün universitetlərin tələbə-jurnalistlərini bir yerə toplayacaqdır. Hazırda qəzetin redaksiya heyətində BDU, Xəzər, Qərb universitetlərinin jurnalistika fakültələrinin tələbələri təmsil olunurlar. “Redaksiyamız Zərifə Əliyevə 20 ünvanında yerləşir. Qapımız və qəzetimizin səhifələri bütün tələbə-jurnalistlərin üzünə açıqdır.”
Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!