7 İyul, 2011
YÜK MAŞINLARINA QARŞI REYDLƏR KEÇİRİLİR

Azəryolservis» ASC yol polisi ilə birlikdə normadan artıq yük daşıyan yük maşınlarına qarşı reydlərə başlayıb

Day.az-ın məlumatına görə, verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi yanında «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib ki, reydlər Bakı-Ələt yolunun 37-ci kilometrliyində aparılır.
«Biz bu ərazidə əvvəllər də reydlər aparmışıq. Təəssüf ki, yük maşınlarının sürücüləri normadan artıq yük daşımaqdan imtina etmir. Hər dəfə belə maşınlar saxlanılarkən sürücülər əsassız səbəblər göstərir. Hüquqi və fiziki şəxslərə tətbiq olunan cərimələr gözlənilən effekti vermir. Sürücülər qaydanı pozmaqda davam edir», - deyə P.Mürsəlov bildirib.

Üstəlik, sürücülər bir çox hallarda maşını saxlamaq əmrinə tabe olmur, qaçıb aradan çıxmağa çalışır: «Düşünürəm ki, yük daşımaları ilə bağlı qaydaların pozulmasına görə, cəzaları sərtləşdirmək lazımdır. Ola bilsin ki, gələcəkdə belə pozuntulara görə tətbiq olunan cərimələrin həcmi artırılsın».
Reydlər davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!