7 İyul, 2011
Maaşlar yenə artacaq

Samir Şərifov: "Əmək haqlarının artırılması büdcə sahəsində çalışan 600 min nəfəri əhatə edəcək"

Azərbaycan prezidentinin tapşırığı ilə ölkədə büdcə təşkilatlarında çalışan işçilərin əmək haqları artırılacaq və bu proses artıq başlayıb.

“APA-ECONOMICS”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov xatırladıb ki, artıq Azərbaycan Milli Elmlər Akademiyası və Müdafiə Nazirliyinin işçilərinin əmək haqları artırılıb və 2011-ci ildə bu istiqamətdə digər sahələrdə də analoji addımlar atılacaq. Nazirin sözlərinə görə, əmək haqlarının artırılması büdcə sahəsində çalışan təxminən 600 min nəfəri əhatə edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!