7 İyul, 2011
Maliyyə böhranının təsir etdiyi daha bir bazar

Azərbaycan Beynəlxalq Sığorta Forumunda sığorta bazarının vəziyyəti müzakirə olunacaq

O bildirib ki, bu gün Maliyyə Nazirliyinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Sığorta Forumunda sığorta bazarının perspektivləri müzakirə olunacaq. S.Şəfirovun sözlərinə görə, forumda məqsəd sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya proseslərini inkişaf etdirməkdir. Tədbirdə sığorta birlikləri iştirakçılarının birləşməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların işgüzar görüşləri və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi diqqət mərkəzində olacaq. 

Nazirin fikrincə, 2008-2009-cu illərdə baş verən qlobal maliyyə böhranı sığorta bazarına da təsirsiz ötüşməyib: “Lakin indi maliyyə böhranının təsirinin aradan qalxması ilə bərabər sığorta bazarında da vəziyyət yaxşılaşıb. Bütün bu məsələlər Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Sığorta Forumunda müzakirə olunacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!