7 İyul, 2011
Düşmən atəşi kəsmir ki, kəsmir

Yenə atıblar, yenə susdurulublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən qüvvələri iyulun 6-da saat 11.30-dan 11.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və iyulun 7-də saat 01.35-dən 01.37-dək Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!