6 İyul, 2011
FHN ÇİMƏRLİK SAHİBLƏRİNİ MAARİFLƏNDİRDİ

FHN-nin Bakı Regional Mərkəzi yay çimərlik mövsümü ilə əlaqədar maarifləndirmə tədbirlərini davam etdirir.

İyul ayının 5-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon təşkilatlarının, rayonun dənizkənarı ərazisində yerləşən çimərliklərdə fəaliyyət göstərən təşkilat və obyektlərin rəhbərləri iştirak ediblər.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli qərarı ilə qüvvəyə minmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifələr, cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradılması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qarşıda duran məsələlər müzakirə edilib./lent

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!