6 İyul, 2011
Orqanizmi üçün təhlükəli dondurmalar məhv edildi

Araşdırmalar davam edir

İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “RAH-96” və “Qranit” firmalarına icrası məcburi göstəriş verilib.
Simsar.az saytı nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir ki, göstərişin icrası ilə əlaqədar “RAH-96” firmasının istehsal etdiyi 753,03 kq və “Qranit” firmasının istehsalı olan 2103,44 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Araşdırmalar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!