6 İyul, 2011
Bakıda yaşayış evinə silahlı basqın

Mənzildən 36 min manat, 2 min dollar pul aparılıb

Məlumata görə, 2 naməlum şəxs Neapol küçəsi, ev 5 mənzil 6-da yaşayan Qızılgül Əliyevaya məxsus mənzilə açıq qalmış qapıdan girərək ev sahibəsini və onun oğlu 14 yaşlı Fuadı tapança və bıçaqla hədələyib. Daha sonra onların əl və ayaqlarını yapışqanlı lentlə bağlayan basqınçılar mənzildən 35 min 600 manat, 2000 ABŞ dolları, 3 ədəd mobil telefon və qızıl əşyaları götürərək hadisə yerindən qaçıblar. 

Faktla əlaqədar cinayət işi başlanıb. İlkin əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!