6 İyul, 2011
Hansı çimərliyə getmək olmaz

Bakı və Abşeron çimərliklərinin bəzilərində bağırsaq çöpləri var

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, çimərliklərdən götürülən dəniz sularının yenidən laborator müayinələri aparılıb. Onun sözlərinə görə, son analizlərin nəticələri də əvvəlki nəticələrlə eyni olub: “Analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır. Analizlərin nəticələr üst-üstə düşdüyündən bu barədə verilən qərar hələ qüvvədə qalacaq”.

Qeyd edək ki, ötən il verilmiş həmin qərara əsasən, mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərinin istifadəsi qadağan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!